Fransız blinçikləri

Fransız blinçikləri

Tərkibi:
240 qr un
360 ml süd
3 ədəd iri yumurta
1 ç/q şəkər tozu
2 x/q kərə yağı
bir çimdik duz

Hazırlanma qaydası:
Kərə yağı əridilib soyuducuya yerləşdirilir.  Un, duz və şəkər tozu qarışdırılır.  Digər boşqabda südlə yumurtalar çalınır.  Alınmış südlü məhlulun yarısı una qatılır.  Tam qarışdırılır.

 Soyudulmuş yağ əlavə edilir və qarışdırılır.  Sonra qalan südlü məlul əlavə edilir. Mətbəx tacı ilə yaxşı qarışdırılır. Nəticədə şəkildəki kimi məhlul alınmalıdır.

 Tava orta odda isidilir, yağla səpilir. Daha yaxşı olar ki xüsusi yağ spreyindən istifadə edəsiniz. Əgər sprey yoxdursa, yağ səpiləndən sonra, yanmış yağları mətbəx salfeti ilə silə bilərsiniz. Alınmış südlü məhlulun 1/4 hissəsi tavaya əlavə edilir.  Böyük tavalarda xəmiri yaymaq üçün şəkildəki kimi xüsusi ağacdan istifadə etmək olar.

Kiçik tavalarda tavanın özünü əyməklə xəmir yayılır. Bir tərəfi üzərində 25 saniyə saxlanılır.  Xəmirin qıraqları qızardıqda onu digər tərəfi üzərinə çevirin. Digər tərəfi üstə 20 saniyə bişirilir. Qurutmaq lazım deyil.  Artıq blinçiklər hazırdır, bizdə 14 ədəd alındı. Süfrəyə verərkən zövqə görə yanında bal və ya arasına mürəbbə çəkib qoymaq olar. Nuş olsun!
Top