Tərkibi:
Un — 1 stəkan
(yulaf və ya tam taxıldan) toyuq yumurtası — 1 ədəd
qabartma tozu — 1 çay qaşığı
vanilin – 3 qram
kakao tozu — 2 xörək qaşığı
alma – 1 ədəd
yağsız kəsmik – 50 qram
alma şirəsi 50 qram
zeytun yağı — 2 çay qaşığı
şirinlik üçün steviya, zövqə görə
Hazırlanması:
Yumurtanı şəkər tozu ilə çalın. Quru inqrediyentləri — unu, qabartma tozunu, kakaonu, vanilini bu kütləyə əlavə edin. Almanın qabığını soyun, içərisini təmizləyin və kub formasında doğrayın. Un kütləsinə alma şirəsini, kəsmiyi, bitki yağını, almanı əlavə edin.
Bu xəmir 12 ədəd maffin üçün yetərlidir. Hazır formanın yarısına qədər bu xəmiri tökün. Sobanı 200 dərəcə isidin və maffinləri 30 dəqiqə bişirin. Maffin bişəndə şişir və formadan başı hündür görünür.