Qozlu xurma

Qozlu xurma

Vitaminlərlər zəngin olan bu sağlam şirniyyat istənilən süfrənin bəzəyi olacaqdır. Xurma sinir sistemini sakitləşdirir, anti-bakterial və xərçəng əleyhinə xüsusiyyətlərə malikdir. Təbii şəkərə malik olduğundan onu hətta diabet xəstələri də qəbul edə bilərlər. “Qozlu Xurma” şərq şirniyyatının hazırlanması kifayət qədər asandır və hətta uşaqlarla birlikdə hazırlana bilər.

Tərkibi: – 2-3 qurudulmuş xurma
– 6 ədəd qabığından təmizlənmiş qoz

Hazırlanması:
Xuramanı hər iki tərəfdən-yuxarıdan və aşağıdan kəsin. Sonra onu səth üzərində açmaq üçün səthi olaraq kəsin.


Xurmanı açıb tumlarını çıxarın. Açılmış xurmanı düzbucaqlı formasına salmaq üçün kənarlarını kəsin. Xurmanın iç-yapışqan tərəfi yuxarı olaraq sərin. Qozları qırışlı tərəfi xurmanln üstündə olmaqla içinə doldurun.


Xurmanı dürməliyin və qida streçi ilə örtün. Hazır olan ruletləri dondurucuya qoyun.


Kİfayət qədər bərkidikdən sonra xurma ruletini doğrayın və süfrəyə verin.
Top