Tərkibi:
yarım stəkan bişmiş düyü
500 qram toyuğun döş əti
2 ədəd turp
1 ədəd xiyar
1 ədəd soğan
1 ədəd soyutma yumurtanın sarısı
2 xörək qaşığı zeytun yağı
1 ədəd limon
duz
Hazırlanması:
Döş əti xırda doğranır və az suda bişirilir. Bişənə yaxın nazik doğranmış xiyar, soğan, turp, limon suyu, yağ və duz əlavə edilib 10 dəqiqə qaynadılır. Qazanın suyu süzüb soyudulur. Soyuduqdan sonra başqa bir qabda bişmiş düyü ilə qarışdırılıb servis edilir. Servis edilərkən salatın üstü yumurta sarısı ilə bəzədilir.
Nuş olsun!