Praqa salatı

Praqa salatı

Tərkibi:
2 qaynadılmış yumurta
300 qr toyuq əti
2 qaynadılmış kök
1 soğan
1 qab yaşıl noxud
200 qr duzlu xiyar
100 qr qara gavalı
200-250 qr mayonez
3 x/qaşığı ağ sirkə (uksus)
2 x/qaşığı su
Duz, istiot

Hazırlanması:
Soğanı incə formada doğrayın. Ağ sirkə, su, duz və istiotu bir qabda qarışdırın. Doğradığınız soğanları qarışıma əlavə edərək bir qədər gözlədin. Toyuq ətini doğrayaraq servis qabına əlavə edib üzərinə istiot səpdikdən sonra bir qədər mayonez çəkin. Duzlu xiyarı incə formada doğradıqdan sonra ətin üzərinə əlavə edin. Soğanları süzün və xiyarın üzərinə əlavə edin.

Yumurtaları və kökü sürtgəcdən keçirin. Yumurtanı servis qabına əlavə edərək mayonezləyin. Daha sonra kökü əlavə etdikdən sonra üzərinə yaşıl noxud və incə doğradılmış gavalı düzün. Son olaraq salatın üzərinə mayonez çəkərək servis edə bilərsiniz. Nuş olsun!
Top