Alman mətbəxinin çox zəngin və maraqlı tarixi var. Onun kulinar ən'ənələri ölkənin regionlarınlardan asılı olaraq fərqlənir. Vahid alman mətbəxi anlayışı 19-cu əsrin ikinci yarısında Alman torpaqların bir ölkəyə birləşməsi ilə eyni zamanda ortaya çıxdı.
Kartof fanatları
Alman mətbəxində kartofun bir çox hazırlama üsülü var: kartofu duxovkada bişirmək, yağda qızartmaq və ya soyuq salatlara əlavə etmək olar. Almanlılar kartof pyuresini o qədər də sevmir; onlar əriştəyə üstünlük verir. Ləzzətli və bol alman yeməyin misalı kimi Ayntopfu göstərmək olar – tamdəyərli naharı əvəz edən böyük küpədə bişirilən yemək. İstifadə olunan inqrediyentlərdən asılı olaraq, o, şorba, pörtlənmiş xörək və ya qulyaşı xatırlayır. Əlinizin altında olan məhsullardan bu yeməyə qata bilərsiniz. Desertlərin arasında ən çox seviləni başlanğıcını Avstriyadan götürən Afeıştrudel – isti isti verilən alma piroqudur.
Regional ənənələr
Qərb Almaniyanın Schwarz Wald və Baden-Württemberg reqionunda qonşu İsveçrə və Fransanın güclü tə’sirini duymaq olar. Bu mətbəxdə tərəvəzlərin çox böyük rolu var. Cənubə yaxın, xüsusilə Bavariyada, daha yağlı yeməklərdən istifadə olunur. Ola bilər ki, bu səbəbdən Alman mətbəxi illlər boyu çox yağlı hesab olunub və dünyada öz populyarlığını qazanmayıb. Buna baxmayaraq, o, çox incə mətbəxlərdən biri olaraq, Almaniyanın xaricində də yaxşı tanınır.
Almansayağı şorbalar
Şorbalar Almaniyada çox populyar deyil; ən məşhur olan şorbalar Gulaschsuppe adlanan macarların qulyaşına oxşar şorba və fransız qırmızı soğan şorbasına oxşar Bohnensuppe və Zwiebelsuppe şorbalarıdır. Şərq Almanlar tez-tez solyanka – doğranılmış sosiska ilə ədvalı Ukrayna şorbasını bişirirlər. Sadalanlılardan daha populyar əriştəli şorbalardır – məsələn, Leberknödelsuppe adlanan Bavariya şorbası. Qalan qəlyanaltılar sadədir. Onlar paştet, salat və ya soyuq ətlərdən ibarət ola bilər. Cənubda balıq və dəniz məhsullardan daha çox istifadə olunur. Alabalıq Almanlıların ən çox sevdıkləri balıq hesab olunur.
Sosiska – çox populyar milli məhsul
Alman mətbəxi olduqca doyumlu və yüksək kalorili, lakin çox ləzzətlidir. Ət, xüsusilə bir çox üsüllarla bişirilən donuz əti, çox populyardır. Yer səthində Alman sosiskaları, məs. xot doq kimi tanınan frankfurters haqqında eşitməmiş adamı tapmaq qeyri-mümkündür.
Turş kələm
Almaniyada kələmin bütün növləri çox sevilir: bişirilmiş, yağda qızardılmış və ya turş. Bu ən’ənə öz başlanğıcını çoxdan bəri götürür, lakin öz əhəmiyyətini indiyə qədər itirməyib. Təzə kələm marinada qoyulur və Saurekraut, qırmızı kələm isə alma ilə bişirilərək Apfelrotkohl adlanır.
Almanlar mərəçüyüdü çox sevir. Mərəçüyüd mövsumu apreldə başlayır və iyunda bitir. Bu mövsum ərzində bütün restoranlar xüsusi mərəçüyüd menyularını təqdim edir.
Hər gün qəhvə
Qəhvə Almaniyada çaydan çox sevilən bir içkidir. Almanlar „Kaffeekuchen” adlandıran yemək qəhvə ilə istənilən pirojnanadan ibarətdir.
Pivə günü – Octoberfest
Almanlar bütün növ ailə bayramlarını, hətta ailə üzvləri ilə birqə yeyilən sadə yeməkləri çox sevir. Hamı bilir ki, Almaniyada pivə içməyi çox sevirlər, və bu içki orada nömrə bir içkisi sayılır. Bu səbəbdən Almaniyaların hətta Oktoberfest adlanan populyar pivə festivalı vardır. Ən məşhur pivə növləri arasında: pils – ən’ənəvi acı pivə və wizen – fermentasiya prosesində ağ rənğı əldə edən 50 % buğda mayası olan pivədir. Oktoberfest festival zamanı çoxlu miqdarda soyuq ətlər və donuz ayağları yeyilir.
bonduelle.az