13 rəqəmi !!!

13 rəqəmi !!!

Hamını xoş gördük əvvəla!

<iblisin rəqəmi>,<nəs rəqəm> sayılan 13 rəqəminin sirlərini açmaq istədim.hamının yaddaşında pis rəqəm kimi sayılan 13-dən niyə hamı qorxur???doğurdanmı 13 düşərli rəqəm deyil??!!!
<qara>13-ün bu günə qədər tapılmış <mənfi>tərəfləri:
***Antik dövrdə Hesoid kəndlilərə ayın 13-ü əkin işlərinə başlamamağı tapşırardı.
***Çində 13 qapalı və qaranlıq astroloji siklə keçiddir.Burada da 13 “ölüm rəqəmi” sayılır.
***İnanca görə,bayram süfrəsində 13 nəfər oturmamalıdır.Əgər təsadüfən 13 nəfər oturdusa,masadan 1-ci qalxan insan il ərzində ölürmüş.
***İblis göy ətrafında 13-cü mələk olub.
***Cadugər və ifritələr bir yerə yığışarkən,12 nəfər olurlar.13-cü isə şeytanın özü olur.
***Xristian dinində İsa 12 apostoldan sonra 13-cü idi.Gizli cümə iştirakçıları da 13 nəfər idilər.
***Şagirdi İsa Peyğəmbəri məhz ayın 13-nə təsadüf edən cümə günündə romalılara satmış və peyğəmbəri çarmıxa çəkmişlər.Ona görə 13 “xəyanət rəqəmidir”
***Rəvayətə görə,ayın 13-ü cümə günü İblis Adəmlə Həvvanı yoldan çıxarmış və onlar Cənnətdən qovulmuşlar.
13
13 rəqəminin <müsbət>cəhətləri
***Yunanca İusus Xristos 13 hərflə yazılır.
***ABŞ dollarında 13 rəqəmi əks olunub.Rəsmi olaraq bu,ilk dəfə birləşən 13 ştatın rəmzidir.ABŞ-nın dövlət gerbinin elementlərində də 13 rəqəmi var.
***13 yəhudilərin müqəddəs rəqəmidir.
***Fransa kralı Lüdovik 13 rəqəmini ən uğurlu və xoşbəxt rəqəm sayırdı.
***Bibliyada Allahın 13 vacib keyfiyyətləri sadalanır.
***Kabbala təqvimində 13 səma fəvvarəsi əks olunur.Deyilənə görə,cənnətə axan çaylar da 13-dür

Müasir dövrün insanları da 13 rəqəminin sirli,qorxulu qüvvəsini unutmamışlar.Bu gün ABS-da 13 nömrəli avtobus,trolleybus,vaqon,Fransada 13 nömrəli ev yoxdur.Bir çox təyyarələrdə 12-ci yerdən,otellərdə isə 12-ci otaqdan sonra birbaşa 14 gəlir.
Ən ağır gün hesab edilən-ayın 13-ündə(cümə günündə)inanca görə qara qüvvələr ,İblisin ordusu daha da fəallaşır.insanlar müxtəlif çətinliklərlə üzləşir,yollarda qəzalar baş verir.
Britaniyada həkimlər bu günə kimi təsdiq edirlər ki,cümə gününə düşən əməliyyatlar əksərən ,uğursuz olur.Xüsusən ayın 13-nə təsadüf edən cümə günlərində xəstələrdə qəribə hallar baş verir,onlar narkozdan gec ayılırlar.qanaxma şiddətlənir.Ona görə cərrahlar maksimum çalışırlar ki,bu “qorxulu günə” əməliyyat salmasınlar.
Amerikada 13 rəqəmi özünü tam mənası ilə göstərməyə nail olub:belə ki,məhz 13-ün cüməsində “Çikaqonun sahibi”,məşhur qanqster All Kapone həbs edilib.1996-cı ildə isə Los-Ancelesdə məşhur reper və musiqiçi Tupak Şakur öldürülüb.
Almaniyada yol qəzalarının statistikasını aparan şirkətin gəldiyi qənaətə görə,”qara cümə”də yol qəzalarının sayı 60% artır və bu gün baş verən qəzalarda insan ölümü də çox olur.
Ona görə də həm xristianlarda,həm də müsəlmanlarda cümə günü uzaq səfərə çıxmaq münasib sayılmır.
Polislərin rəyini öyrənəndə,onlar da digər günlərə nisbətən qara cümə günündə kriminal hadisələrin artdiğını deyirlər.
13 rəqəmindən qorxanlara və onun təsirini addımbaşı sınayanlara “TRİSKAYDEKAFOBİYA”deyirlər
Top