Qvatemala salatı

Qvatemala salatı

İnqridientlər:
– 1 dəstə kahı
– 3 qırmızı pomidor
– 3 sarı bibər
– 3 yaşıl bibər
– 1 ovuc zeytun
– 3 xörək qaşığı zeytun yağı
– yarım stəkan xırda üzüm
– 1 limon zövqə görə duz.

Hazırlanma qaydası:
Kahı yarpaqları təmiz yuyulur, suyu quruduqdan sonra boşqabın kənarlarına düzülür.

Tərəvəzlər yuyulur, pomidorlar və bibərlər uzunsov doğranır. Üzərinə duz və zeytun yağı əlavə edilir. Sonra üzüm dənələri və limon şirəsi əlavə edilib süfrəyə verilir. Nuş olsun!
Top