Praqa tortu

Praqa tortu

Biskivit üçün lazım olanlar:
170 qram un
40 qram kərə yağı
25 qram kakao
170 qram şəkər tozu
8 ədəd yumurta

Krem üçün:
300 qram qatılaşdırılmış süd
5 ədəd yumurta sarısı
150 ml su
340 qram kərə yağı
45 qram kakao
5 qram vanil
500 ml sirop

Biskvitin hazırlanması:
Yumurta şəkər tozu ilə çalınır, şəkər tamamilə əridilir. Yumurta otaq tempraturunda olsa yaxşı olar, çünki, belə olduqda yaxşı çalınır. Un kakao ilə qarışdırılır, üzərinə çalınmış yumurtalı şəkər əlavə edilir, qarışdırılır. Sonra yumşalmış kərə yağı qatılıb, yenidən qarışdırılır.

Biskivitin xəmirini çox qarışdırmaq lazım deyil, bu zaman biskivit yaxşı şişmir. Biskivit 30-40 dəqiqə ərzində 180 C-də bişirilir. Soyuduqdan sonra 3 hissəyə bölünür. Qatılaşdırılmış süd, yumurta sarısı, sirop, vanil zəif odun üzərində, su hamamında 3-5 dəqiqə bişirilir.

Kremin hazırlanması:
Krem hazırlamaq üçün yağ çalınır, kakao və vanil əlavə edilir, soyudulmuş bişmə krem az-az yağa əlavə edilir yaxşı çalınır. Krem soyuducuya qoyulur. Sirop hazırlamaq üçün 250 ml şəklər tozu və 250 qram su ilə qarışdırılır, azca konyaq əlavə edilir.

Sirop korjlara çilənir, aralarına kerm sürtülür, tortun üstü şokoladla bəzənir.
Top