İslam sadəcə din deyil. Müsəlman mədəniyyəti həmçinin dünyanın ən ləzzətli mətbəxlərindən birini yaradıb.
Ərəb mətbəxi Aralıq dənizi reqionun və Afrikan mətbəxlərinin elementlərini özündə cəmləşdirir. Aşağıdakı məhsullar bu mətbəx üçün səciyyəvidir: kus-kus, qoyun əti, noxud, badımcan, zeytun, xurma, ətirli su (portağal suyu və gülab), kömür və nanə çayı.
Ərəb süfrəsi
Ərəb mədəniyyətində yemək adətən ailə və dostlar ilə vaxt keçirmək üçün bir səbəbdir. Adətə uyğun olaraq, hamı balınc üzərində və ya alçaq masa arxasında, hərdən isə yumuru masa arxasında əyləşir. Hər bir tikədən həzz almaq üçün yemək səssiz yeyilir. Yeməkdən sonra çay və söhbət vaxtı gəlir. Çayın dəmləmə və süfrəyə verilmə prosesi xüsusi bir rituala çevrilib. Ev sahibi mis podnosun üzərində olan dəm çaydanı və qızıl qıraqlı balaca fincanlarla otağa girəndə, çaydan imtina etmək qeyri-mümkün gəlir.
Qrildə bişirilmiş yeməklər
Tipik Mərakeş evində yeməyi qadın bişirir. Kişilər ocaqda, manqalda bişən yeməkləri, məsələn, qızardılmış quzu ətini və ya kababı hazırlayır. Belə yeməklərdən biri ən’ənəvi bardaq formalı qabda bişirilir. Qabın içi quzu əti tikələri, tərəvəzlər, ədviyyatlar ilə doldurulub, bir neçə saatlığına isti kömür külünə qoyulur. Keçmişdə bu yeməyi adətən kart oyununu uduzan insan hazırlamalı olurdu.
Ərəb etiket qaydaları
İslam mətbəxlərində tajın və ya kus-kus kimi əsas xörək masanın ortasında yerləşdirilir. Hər kəs ləzzətli xörəyi üç barmaqla kürəcik şəklinəndə bükülən çörək ilə götürür. Bu böyük məharət tələb edir. Yemək yalnız sağ əl ilə yeyilir, çünki sol əl natəmiz sayılır (qiqiyena məqsədləri üçün istifadə olunduğu üçün).
Damarlarında qan əvəzinə çay axan Mərakeşlilər…
Mərakeşlilər dəqiqə başı çay içmək üçün hər bir fürsəti istifadə edirlər – çay məclisdərdə, görüşlərdə və ya işgüzar söhbətlər zamanı verilir. Əsl ən’ənəvi çay yaşıl çay yarpaqları, nanə və çoxlu miqdarda qənddən hazırlanır.
Arak
Arak Livanın ən’ənəvi içkisidir. O, cirə ətirli üzüm arağıdır. Ən dadlı araq 2:1 proporsiyasında su ilə qarışdırılmış və buz kubikləri ilə süfrəyə verilən araqdır. O, meze – balaca rəngarəng qəlyanaltılar ilə gözəl uyğun gəlir. Araq mütləq yaxşı kompaniyada içilməlidir. Çəngəl əvəzinə həyat+ Qəlyanaltılar ilə süfrəyə aish adlandırılan (mə’nası həyat olan) xüsusi çörək verilir. Cox vaxtı çörək yeməyi götürmək üçün çəngəl və ya qaşıq əvəzinə istifadə olunur. Çörəyin maraqlı növü kəklikotu və başqa otlarla bişirilən aish çörəyidir.
Meze, yani qəlyanaltılar
Ənənəvi Orta Asiya yeməyi meze ilə, yanı isti və soyuq qəlyanaltılarla, başlayır. Bə’zən qəlyanaltılardan tamdəyərli xörək düzətmək olar. Ən populyar qəlyanaltılar: baba qannuş, xumus, fatayer və ya tabuladır.
Ərəb mətbəxinə aid olan lüğət
Falafel (felafel) – üyüdülmüş noxuddan hazırlanır
Shavarma – Yunan qiros və ya Türk kababın bərabəri
Ful – adətən pita çörəyin arasına qoyulan qəhvəyi paxlalardan hazırlanmış qatı pyure
Dəvənin belində konserv bankası?
Əvvəllər Ərəb mətbəxi səhra köçərilərin mətbəxi olub. Xörək hazırlamaq üçün istifadə olunan inqrediyentlər daşımaq üçün asan olmalı idi (məsələn, düyü, xurma). Səyahət edən kəravanlar yolda tərəvəz kimi qidanı almaqla, menyularını müxtəlifləşdirirdilər. Təəssüf ki, o uzaq vaxtlar insanların hələ konservlər anlayışı yox idi.
Xoşbəxt yeddi rəqəmi
Yeddi rəqəmi xoşbəxt sayılır, və bu həmçinin öz əksini mətbəxdə tapıb. Ən’ənəvi xörəklərdən biri yeddi tərəvəzlər ilə hazırlanan kus-kusdur (məs. tsukkini, noxud, acı bibər, yerkökü, pomidor, soğan və balqabaq).
bonduelle.az