Tərkibi (6 pay):
- 340 q tünd şokolad
- 100 q şəkər tozu
- 150 q təmiz (dənəsiz)
- moruq püresi
- 200 q kərə yağı
- 1 x.q. moruq likörü
- 5 yumurta qanaş, yaxud çalınmış qaymaq («yapışqan» üçün)
- bəzək üçün təzə moruq
Hazırlanması:
Sobanı 175 dərəcə qızdırın. Yarımkürə formasında olan qabın içinə qida plyonkası, yaxud folqa döşəyin. Formanın yarısına su çıxacaq qədər böyüklükdə olan bir qazan götürüb su hamamı hazırlayın.
Başqa odadavamlı qabda xırdalanmış şokolad, şəkər tozu, otaq temperaturunda yağ, moruq püresi, 1 çimdik duzu qarışdırın. Su hamamı, yaxud mikrodalğalı sobada əridin. Eynicinsli kütlə alınanadək qarışdırın. Likör və bir-bir yumurtaları əlavə edib hər yumurtadan sonra qaşıqla qarışdırın.
Bu qarışığı ələkdən keçirib yarımkürə formasındakı qaba tökün. Onu su hamamına qoyub 50-60 dəqiqə bişirin. Hazır desertin ortası çizkeyk kimi titrəyəcək. Əvvəlcə otaq temperaturunadək soyudun, sonra isə soyuducuya qoyun. Tam soyuduqdan sonra formanı boşqaba tərs çevirin. Üzərinə nazik qat çalınmış qaymaq, yaxud qanaş (şokolad+qaymaq) çəkin, moruqları yanaşı düzün. Nuş olsun!