Tərkibi:
1 paket kakaolu peçenye (14 ədəd)
1 qutu toz krem şanti
1 çay stəkanı krem
1 yemək qaşığı labne pendiri
1 yemək qaşığı bal
2 yemək qaşığı damla şokolad
Hazırlanması:
1 çay stəkanı soyuq kremlə toz krem şantini birlikdə mikserlə yaxşı qarışdırın. Sonra balı və labne pendirini əlavə edib qarışdırmağa davam edin. İçinə damla şokoladı da əlavə edib qaşıqla qarışdırdıqdan sonra, hazırladığımız kremi bütün peçenyelərə bərabər şəkildə paylaşdırın. İki peçenyeni birləşdirin və yüngül şəkildə sıxın. Kənarlarını bıçaqla düzəldib, bir-birinə dəyməyəcək şəkildə servis boşqabına qoyun. Soyuducuya qoyub, yaxşı donduqdan sonra yeyə bilərsiniz. Nuş olsun!