Tərkibi:
15 ədəd iri göbələk (şampinyon)
500 qr pendir (duzlu suluquni)
250 qr kərə yağı
100 qr əridilmiş yağ
Hazırlanma qaydası:
Göbələklər nəmli salfet ilə silinir və qabıqları soyulur. Suluquni pendiri iri sürtkəcdən keçirilir. Həmçinin iri sürtkəcdən soyuq kərə yağı da keçirilir.
Pendirlə yağ qarışdırılır və göbələyin içi doldurulur. Sobanın tavasına folqa kağızı sərilir, üstü yağlanır və hazırlanan göbələklər tavaya düzülür. Əvvəlcədən 200°C temperaturunda isidilmiş sobada, 15 dəqiqə bişirilir. Hazır olduqda süfrəyə verilir. Nuş olsun!