Qozlu çuğundur salatı

Qozlu çuğundur salatı

Tərkibi:
2 ədəd bişmiş çuğundur
2 diş sarımsaq
50-100 qr qoz ləpəsi
mayonez
duz
istiot

Hazırlanması:
1. Məhsullar hazırlanır.
2. Salatın dadlı alınmasının ilk səbəbkarı çuğundurdu, bunun üçün çalışın mümkün qədər təzə çuğundur alasınız. Bişmiş, qabığı soyulmuş və soyudulmuş çuğundur sürtkəcdən keçirilir, sarımsaqlar xırda doğranılır, qoz ləpələri blender vasitəsi ilə (və ya sürtkəcdən keçirməklə) xırdalanır.

3. Çuğundura doğranmış sarımsaq əlavə edilir, duz və istiot vurulur. 
4. Ardınca qoz ləpələri əlavə edilir. 
5. Hamısı yaxşı qarışdırılır. Sonra mayonez əlavə edilir. 
6. Və yenidən yaxşı qarışdırılır. 
7. Artıq salat qabına yerləşdirmək olar. 
8. Süfrəyə verilərkən göyərti ilə bəzədilə bilər, misal üçün reyhan yarpaqları ilə. Nuş olsun!
Top