Ratatuy

Ratatuy

Tərkibi:
1 ədəd yunan qabağı
1 ədəd badımcan
1 ədəd qırmızı şirin bibər
1 ədəd yaşıl şirin bibər
1 ədəd iri baş soğan
1 diş sarımsaq
50 ml zeytun yağı
8-10 ədəd reyhan yarpağı
350 ml tomat əzməsi

Hazırlanma qaydası:
Ratatuy — tərəvəzlərdən ibarət olan Fransa Provansının ənənəvi yeməyidir. Adətən süfrəyə qarnir kimi təqdim olunmasına baxmayaraq əsas yemək kimi də istifadə edilə bilər. Bir növ Macarstan leçosuna bənzəyir. Pomidor bu yeməyin əsas inqredientidir. Ratatuyun müxtəlif növ hazırlama qaydaları mövcud olmasına baxmayaraq, hazırki resept fransanın ənənəvi reseptidir.

Sarımsaq və soğan xırda doğranılır. Həmçinin bütün tərəvəzlər hazırlanır. Yuyulur və doğranılır. Soğan şəffaf və yumşaq olana qədər zeytun yağında sarımsaqla birgə qızardılır. Soğanın yanına doğranmış yunan qabağı, badımcan və bibərlər əlavə edilir.

Tərəvəzlər yumşaq olana qədər, lakin formalarını itirməmək şərti ilə 10 dəqiqə qızardılır. Tərəvəzlər bişənə qədər reyhan yarpaqları doğranılır. Yarpaqları doğramağın ən rahat yoyu, onları səliqəli iç-içə, siqara kimi, qatlayıb nazik kəsməkdir. Təqribən 10 dəqiqə sonra tavaya tomat püresi əlavə edilir. Doğranmış reyhan yarpaqları əlavə edilir və yaxşı qarışdırılır. Duz və istiot vurularaq əlavə 5 dəqiqə pörtlədilir. Budur, ratatuy hazırdır! Tez, rahat və çox faydalı. Nuş olsun!
Top