Evdə ice tea

Evdə ice tea

Tərkibi:
5 ədəd kəklik otu zoğu
1çubuq darçın
2 ədəd limon
3 paket qara çay
1.5 litr su
Şəkər tozu zövqə görə

Hazırlanma qaydası:
Limonu əlinizdə bir qədər ovuşdurub suyunu sıxın. Suyu qazana əlavə edib üzərinə ədviyyatları və limon şirəsini tökün. Qazanı orta dərəcədə odun üzərinə qoyaraq qaynayana qədər saxlayın və altını söndrün.(Qaynamamalıdır).

Qazana paket çayları və şəkər tozunu əlavə edin. Əgər siz şirin sevərsinizsə, daha çox şəkər əlavə edə bilərsiniz, yaxud əksinə. 15 dəqiqə dəm almasını gözləyin.

Çay paketlərini çıxararaq otaq temperaturunda 1 saat saxlayıb,sonra başqa bir qaba ələk vaitəsilə süzün. İçkini soyuducuya qoyaraq istədiyiniz soyuqluğa çatdıqdan sora çıxarıb, stəkanlara tökərək sevdiklərinizlə nuş edə bilərsiniz.
Top