Gürcü xəngəli

Gürcü xəngəli

Gürcü xəngəlinin xəmirini hazırlamaq üçün:
• 3 stəkan un
• 1 stəkan su
• 1 yumurta
• duz

Xəmirin içini doldurmaq üçün:

• 250 qr. yağlı qoyun əti
• 200 qr. mal əti
• 3 baş soğan
• qırmızı və qara istiot
• su, duz

Hazırlanması:

Əvvəlcə bizə lazım olacaq qədər unu yaxşıca ələyirik. Una su, yumurta və duzu əlavə edib xəmir yoğururuq. Xəmirin hazır olduğuna əmin olduqdan sonra onun üstünü parça ilə örtüb 20-30 dəqiqəlik dincəlməyə qoyuruq.
İç üçün qoyun və mal əti soğanla birlikdə ət maşınından keçirilir. Çəkilmiş ətin üzərinə yarım stəkan su, duz, istiot əlavə edərək öz buxarında bişiririk. İçlik hazır olduqdan sonra xəmiri kiçik hissələrə ayırır, əldə etdiyimiz kündələrin içinə qiymə doldururuq. Gürcü xəngəlinin əsas sirri içlik doldurulduqdan sonra kündənin bükülmə formasıdır. Buna görə də onun kənarlarını səliqəli şəkildə bükürük. Xəngəllər hazır olduqdan sonra qazanda duzlu su qoyuruq. Su qaynadıqdan sonra hazır xingəlləri qazana tökürük. Xəngəlin bişməsi üçün onun suda 10-15 dəqiqə qalması kifayətdir. Artıq xingəlləri sudan çıxarıb stola təqdim edə bilərik.

Nuş olsun!
Top