Narnumru

Narnumru

Deyin görüm bu narlı yumurta şəklini görəndə ilk reaksiyanız necə oldu? Əgər siz “Wow!” dedinizsə, onda çox sağ olun! Sevindim ki, bəyəndiniz. Əgər “İkisi bir yerdə? Nə? Necə yəni? Elə niyə? Hmm.” Deyə düşündünüzsə yenə də sağ olun. Bu sizin günahınız deyil. Çünki, həqiqətən də, bir-biri ilə qətiyyən əlaqəsi olmayan bu iki ərzağı bir yeməkdə birləşdirmək kimin ağlına gələ bilərdi?

Əgər kiminsə bunu etdiyindən xəbərim olmasaydı mən də elə sizin verdiyiniz sualları verərdim. Amma mən bilirəm ki, kimsə bunu artıq edib. Azərbaycanın Salyan rayonunda, nar və yumurtanın narnumru adlı qeyri-adi xörəkdə birləşdiyi gözəl məkanda.

Və indi mən sizə bu yeməyin necə bişirildiyini danışacağam.

Narnumruda yumurtalar şirəli nar dənələrindən ibarət əlvan yatağın üzərində bişir və bu, dadların və rənglərin gözqamaşdırıcı təzadını yaradır. Üstəlik, biz bunu yalnız üç ərzaqla – soğan, nar dənələri və yumurta ilə əldə edirik. Amma nəticədə tam ləzzətli bir xörək alınır. Unikal. Ekzotik. Dadlı. Qidalı.

Nuş olsun! 

Mənbə: azcookbook.com
Top