Badam südü

Badam südü

Mən tez-tez badam südünün bizim öyrəşdiyimiz inək südünü əvəz edə biləcəyi haqda eşitmişəm. Onu nəinki vegeterianlar, həmçinin laktozanı qəbul edə bilməyən insanlar da içə bilər. Badam südü tərkibində olan kalsi və minerallara görə heç də inək südündən geri qalmır.

Əvvəlcə biz badam südünü supermarketdən almaq istədik, lakin sonra mən onun hazırlanması reseptini tapdım və məlum oldu ki, onu hazırlamaq marketdə tapmaqdan daha asandır.

Bizə lazım olacaq məhsullar: 1 stəkan quru badam, 4 stəkan su, xurma, darçın və bal.

Hazırlanması: Beləliklə, badamın üstünə suyu elə tökürsünüz ki, o tamamilə badamların üstünü örtsün və badamı belə vəziyyətdə ən azı 4 saat saxlayırsınız. Badamın qabağını əvvəlcədən də təmizləyə bilərsiniz, lakin 4 saat suda qaldıqdan sonra onun qabığını təmizləmək sizin üçün çox asan olacaq. Əgər badamın qabığını təmizləməsəniz, süd tam ağ olmayacaq. 

Bir çox mənbələr yazır ki, 1 stəkan badama 3-4 stəkan su lazımdır. Biz 4 stəkan su əlavə etməyi qərar verdik, lakin bizim südümüz çox duru alındı, ona görə 3 stəkan su tökməyi məsləhət görərdik.

Əvvəlcə, badama 1 stəkan su əlavə edib, onu blenderlə qarışdırın. Daha sonra 2-ci və 3-cü stəkanı da əlavə edib, blender ilə qarışıdırın.

Əsas və son hissədə son alınmış içkini tənzifdən keçirin və sizdə tamamilə ağ badam südü alınmalıdır. Sonda isə alınmış hazır 1 stəkan südə 3 xurma, yarım çay qaşığı qədər darçın və 5-8 yarpaq təzə nanə əlavə edin. Bütün bunları sonda bir də blender vasitəsi ilə qarışdırın. Bu südü siz sıyıqların bişirilməsində istifadə edə, həmçinin kofeyə qataraq və ya soyudaraq içə biləsiniz.

Nuş olsun! 

Top