Tərkibi:
1 stəkan süd
1 x/q sirkə
1 ç/q duz
2 ədəd yumurta
2 x/q zeytun yağı
1 stəkan duru yağ
Lazımi qədər un
İçlik üçün:
500 qr qiymə
2 x/q duru yağ
1 ç/q duz
1 ç/q istiot
Hazırlanması:
Dərin iri bir qab götürün. İçinə zeytun yağı, süd, yumurta və sirkəni əlavə edin. Bir əlinizlə unu az-az əlavə edərək digər əlinizlə yoğurun. Əlinizə yapışmadığını görüncə unu əlavə etməyi dayandırın. 3-4 dəqiqə yoğurduqdan sonra kənara qoyun, üzərini örtün və 1 saat özünə gəlməsini gözləyin.
İçlik üçün tavada qiymə və duru yağı qarışdırıb qovurun. Duz və istiot əlavə edin. Bişdikdən sonra kənara soyumağa qoyun.
Qaza tava qoyub duru yağ əlavə edin, ancaq altını yandırmayın.
Stolun üzərini unlayın. Yumurta boyda xəmir tikələri qopardın. Oxlovla açın. Sonra iri su stəkanın ağzı ilə xəmirdən yumru dairələr kəsin. İçinə qiymədən töküb digər dairəvi xəmirlə üzərini örtün və üzərinə basaraq kənarlarını bəzəkli şəkildə bağlayın.
Tavanı qızdırdıqdan sonra börəkləri bişirin. İsti halda süfrəyə təqdim edin.
Nuş olsun!