Tərkibi :
1 x.q kərə yağı
4 ədəd qaynadılmış xırda kartof
1 x.q un
½ stəkan süd
1 ədəd yumurta
1 stəkan kaşar pendiri
1 çay qaşığı duz
Omlet üçün:
1 x.q kərə yağı
2 ədəd yumurta
duz
istiot
2 xörək qaşığı doğranmış şüyüd
2 x.q doğranmış cəfəri
Üstü üçün:
2 x.q krem pendir
cəfəri
Hazırlanması:
Altlığı hazırlamaq üçün qaynamış kartofları əzin. İçinə un, süd, yumurta, kaşar pendiri və duz əlavə edib qarışdırın. Balaca ölçülü tavanın içinə kərə yağını töküb əridin. Hazırladığınız kartoflu qarışımı iki tərəfli qızardın. Qayğanaq üçün yumurtaları sındırıb içinə duz, istiot və göyərtiləri əlavə edin. Bişirdiyiniz kartofu bir qaba qoyun. Eyni tavada yağ əridib qayğanağı bişirin. Kartoflu qarışımın üzərinə qayğanağı töküb üzərinə cəfəri və krem pendir əlavə etdikdən sonra süfrəyə verin.
Nuş olsun!