Tərkibi:
— alma — 3-4 dənə (ən yaxşı seçim «antonovka» sortu)
— yumurta — 4 dənə
— un — 1 stəkan
— şəkər tozu — 1/2 stəkan
— qabartma tozu — 1 çay qaşığı
— darçın — 1/2 çay qaşığı
— vanilin — 1 paket
Hazırlanma:
1. Almaları soyun və dilimlər şəklində doğrayın.
2. Yumurtanı mikserlə yaxşı çalın və çala-çala qaşıqlarla şəkər tozu və bir çimdik duz əlavə edin. Şəkər tozu tam həll olunmalıdır, yumurta kütləsi isə ən azı 2 dəfə çoxalmalıdır.
3. Ələnmiş unu qabartma tozu ilə qarışdırın. Daha sonra unu və vanilini yumurta kütləsinə əlavə edin və çox ehtiyatla qarışdırın (çox qarışdırmaq olmaz!). Xəmir kifayət qədər duru alınmalıdır.
4. Tavaya kərə yağı çəkin və bir qədər un səpin.
5. Doğranmış almanı tavanın içinə düzün, uzərinə darçın səpin.
6. Almanın üzərinə ehtiyatla xəmir tökün.
7. Piroq 35-40 dəqiqə ərzində əvvəlcədən 180-1900 C kimi qızdırılmış sobada bişirilir. Bişirilmə zamanı sobanı açmayın!