Köklü, darçınlı tort

Köklü, darçınlı tort

Tərkibindəkilər:
4 yumurta
1 stəkan şəkər tozu
Yarım stəkan duru yağ
Yarım stəkan ilıq su
Aldığı qədər un
1 çay qaşığı darçın
1 stəkan rəndələnmiş kök
1 stəkana yaxın döyülmüş qoz
1 ədəd vanil
1 ədəd qabartma tozu

Krem üçün:
3 stəkan süd
2 yemək qaşığı un
1 yemək qaşığı nişasta
6 yemək qaşığı şəkərtozu
1 çay qaşığı kərəyağı
1 ədəd vanil

Hazırlanması:
Yumurta və şəkəri yaxşıca köpürdüb digər duru ləvazimatları da qatıb mikserlə çalın. Rəndələnmiş kök, qoz, un və qabartma tozunu qatıb qarışdırın. Ən son darçını qatın. Yağlanmış soba qabına töküb 200 dərəcədə bişirin.

Kremi üçün süd, un, şəkər tozu, nişasta əlavə edib odda qaynayıb köpüklənənə kimi bişirin. 1 çay qaşığı kərə yağı və vanili qatıb mikserlə 3 dəqiqə çırpın. İstisi keçən kimi keksin üzərinə çəkin. İstədiyiniz kimi bəzəyə bilərsiz. Nuş olsun!

Top