Yayla şorbası

Yayla şorbası

Tərkibi:
4 stəkan qatıq
5 stəkan su
1 ədəd yumurta
3 xörək qaşığı un
Stəkanın 4/1-i qədər düyü
3 xörək qaşığı kərə yağı
1 yemək qaşığı quru nanə
(nanə nə qədər xırda olsa, o qədər yaxşıdır. Buna görə nanəni ovun)
Zövqə görə duz, istiot

Hazırlanması:
Qatıq, su, yumurta, un və düyünü eyni qaba töküb yaxşı qarışdırın. Daha sonra qarışığı yemək bişirmək üçün nəzərdə tutduğunuz qazana əlavə edib sobaya qoyun.

Orta odda taxta qaşıqla dayanmadan qaynayana qədər qarışdırın, Düyünün bişdiyinə əmin olandan sonra qazanı oddan götürün. Ovulmuş nanəni, duz, istiotu əlavə edin.

Eyni zamanda dovğaya olduğu kimi bu şorbaya da istəyə görə noxud əlavə edə bilərsiniz. Bunun üçün noxud əvvəlcədən ayrı qabda bişirilməli və şoraba tam bişdikdən, bütün ərzaqlar əlavə edildikdən sonra qazana tökülməlidir.

Nuş olsun!

Top