İspanaqlı lazanya

İspanaqlı lazanya

Ərzaqlar:
İspanaq — 4 dəstə

Cəfəri və şuyud — 1 dəstə

Yaşıl soğan – 1 dəstə

Feta pendiri – 200 q.

Rikotto pendiri – 200 q.

Mosarella pendiri – 300 q.

Yumurta — 3 ədəd

Duz, istiot – zövqə gorə

Hazırlanması:
Lazanya üçün xəmir layları hazır qutularda satılır. Ona gorə xəmir yoğurmağa ehtiyac yoxdur. Layları qutuda necə yazılıbsa, dəqiqliklə qaynadılır, sonra isə soyuq suda yuyulur. İspanaq yuyulur, qaynar suya salınıb, 3-4 dəqiqə saxlanılır və suyu suzulur. İspanaq orta, goyərtilər, soğan xırda doğranılıb qarışdırılır. Pendirlər sürtgəcin xırda gözündən kecirilir.

Bunlar hamısı qarışdırılır, yumurta vurulur. Soba forması bitki yağı ilə yağlanır, lazanya qatı qoyulur, sonra ispanaqlı kütlə qoyulub yayılır, üzərindən mosarella pendiri səpilir. Yenidən bir qat lazanya qoyulur, sonra yenə içlik və pendir əlavə olunur. Beləcə üç qat düzülür. Üstə lazanya qoyulub, nazik qat pendir səpilir. 180 dərəcədə 30-40 dəqiqə bişirilir. Xama ilə yeyilə bilər.

Top