Rizə küftəsi

Rizə küftəsi

Tərkibi:
300 q. qoyun əti  adambaşına
1 baş soğan
40 q. marqarin
20 q üzüm sirkəsi
100 q. şəkər
15 q. tamat-püre
25 q. keşniş və şüyüd
duz
istiot

Hazırlanması:
Qoyun əti soğanla birlidə ətçəkən maşından keçirilir.

Buna istiot və duz vurub qarışdırılır və 30 dəqiqə soyuq yerdə saxlanılır.

Sonra çəkilmiş ətdən xırda küftəciklər hazırlanaraq, yağ içində qızardılır.

Doğranmış soğan ayrıca qızardılaraq içinə tomat-püre qatılır və bulyonda açıldılıqdan sonra buna sirkə yaxud limon duzu, şəkər, istiot, duz vurulur hazır olanacan bişirilir.

Qızardılmış ət küftəciklərinin üstünə  sous tökülür 5-10 dəqiqə ərzində öz buğunda bişirilir.

Süfrəyə verilən zaman  rizə-küftənin üstünə doğranmış göyərti səpilir.

Top