Tərkibi:
400 qr dana qiyməsi
4 dilim çörək içi
1 yumurta
1 çay qaşığı sarıkök
1 çay qaşığı istiot
1 çay qaşığı duz
4 kartof
2 pomidor
2 ədəd bibər
1 tutam cəfəri
tomat
su
Hazırlanması:
Qiyməni yoğurun, sonra tavada qızardın. Kartofları da halqa-halqa doğrayıb azca qızardın. Kartof, kotlet, pomidor və bibərləri soba qabında sıra ilə düzüb 1 stəkan suya tomat, duz, istiotu qatıb üzərinə tökün. Sonda cəfəri gəzdirib sobada ətin üzəri qızarana kimi bişirin.
Nuş olsun!