Tərkibi:
125 qram kərə yağı
1 ədəd yumurta
1 st şəkər pudrası
Yarım stəkan nişasta
1-1.5 yemək qaşığı kakao
1 ədəd vanil
Lazım olduğu qədər un
Hazırlanması:
Bir qaba yumurta, nişasta, şəkər pudrası, kərə yağı, kakao və vanili əlavə edib mikserlə yaxşıca çalın. Sonra unu az-az əlavə edib ələ yapışmayan xəmir hazırlayın.
Xəmirdən kiçik tikələr qoparıb sarımsaq əzənin ya da yağlı tort kağızlarının içinə doldurub yağlı kağız sərdiyiniz soba qabına sıxın. Xəmrin ortasına cola, ya başqa su qabının qapağını qoyub barmağınızla üzərindən basın.
Öncədən 180 dərəcədə isidilmiş sobada 15 dəqiqə bişirin. Peçenyənin orta boş hissəsinə tort bəzəyi üçün istifadə edilən yeyilən muncuqlar qoya bilərsiz.
Nuş olsun!