İnqredientlər:
— 150 qr pendir (məsələn, holand pendiri və ya rossiyskiy pendiri)
— 150 qr soyuq kərə yağı
— 1 stəkan un
— 2 dənə yumurta və 1 dənə yumurta sarısı (peçenyenin üzərinə çəkmək üçün)
— duz, xaşxaş (peçenyenin üzərinə tökmək üçün).
Hazırlanması:
1. Blenderin köməyi ilə un, duz, iri kublarla doğranmış soyuq kərə yağı yaxşı qarışdırılır.
2. Daha sonra yumurta əlavə olunur və yenə yaxşı qarışdırılır. Yumşaq elastik xəmir alınmalıdır.
3. Pendiri sürtgəcin ən kiçik gözündən keçirin.
4. Pendiri xəmirə əlavə edin, yaxşı qarışdırın. Sonra xəmiri plyonkaya bükün və 25-30 dəqiqəyə soyuducunun dondurucu kamerasına qoyun.
5. Daha sonra xəmiri 3-4 mm qalınlıqda un səpilmiş səthdə yayın və istədiyiniz formalara salın.
6. Peçenyeni xüsusi kağız sərilmiş tavaya düzün, üzərinə fırça ilə 1 çay qaşığı su ilə çalınmış yumurta sarısını çəkin və üzərinə xaşxaş səpin.
7. Peçenyeni 200 C kimi qızdırılmış sobada təxminən 12-15 dəqiqə ərzində bişirin (şəkildəki kimi alınmalıdır).