"Dəqiqə" piroqu

"Dəqiqə" piroqu

Əgər evinizə qəfil qonaq gəlibsə, mütləq bu reseptdən istifadə edin. Bu dadlı və ləzzətli piroqun hazırlanması çox az vaxt tələb edir.

Lazım olan məhsullar:
— un — 1 stəkan
— yumurta — 2 dənə
— süd — 1/2 stəkan
— kərə yağı — 250 qr
— şəkər tozu — 1/2-1 stəkan (zövqünüzə görə)
— qabartma tozu — 1 paket
— vanil — 1 paket
— qoz — 1 stəkan

Hazırlanması:
1. Yumurtanı şəkər tozu ilə yaxşı çalın. Kərə yağını əridin və yumutaya əlavə edib yaxşı qarışdırın.

2. Ayrı qabda unu ələyin və qabartma tozu əlavə edib qarışdırın. Blenderdə qozu xırdalayın və una əlavə edib yaxşı qarışdırın.

3. Unlu-qozlu kütləni yumurta kütləsi ilə yaxşı qarışdırın.

4. Xəmirə süd əlavə edin və axırıncı dəfə yaxşı qarışdırın.

5. Formaya kərə yağı çəkin və xəmiri formaya tökün.

6. Sobanı qabaqcadan 180 C kimi qızdırın və piroqu qızarana kimi sobada bişirin.

7. Piroq soyanda formadan çıxardın və üzərinə şəkər kirşanı səpin.

Nuş olsun!

Top