Lazım olan məhsullar:
— kərə yağı — 200 qr
— şəkər tozu — 150 qr
— un — 1,5 stəkan
— kakao — 3 xörək qaşığı
— qabartma tozu — 1 çay qaşığı
— vanilin — 1 paket
Hazırlanması:
1. Yumşalmış yağ şəkərlə və vanilinlə yaxşı qarışdırılır.
2. Sonra yumurta əlavə olunur və yenə də yaxşı qarışdırılır.
3. Daha sonra un, qabartma tozu və kakao əlavə olunur, yaxşı qarışdırılır və yumşaq elastik xəmir yoğurulur.
4. Xəmiri sellofan plyonkaya bükülür və 1 saat ərzində soyuducuda saxlanılır.
5. Daha sonra xəmir 1 sm qalınlığında yayılır, ürək formasında kəsilir (xüsusi formanın köməyi ilə) və perqament kağızı sərilmiş tavaya düzülür.
6. Peçenye 160 C qızdırılmış sobada 15-20 dəqiqə ərzində bişirilir.
Nuş olsun!