Kakaolu keks

Kakaolu keks

Tərkibi:
200 qram kərə yağı
5 xörək qaşığı kakao
4 ədəd yumurta
1 stəkan şəkər tozu
Yarım qaşıq toz vanil
180 qram un
1 çay qaşığı qabartma tozu
Şəkər pudrası

Hazırlanması:
Əvvəlcə kərə yağını sobada əridib soyuması üçün kənara çəkirirk. Soyuduqdan sonra onu iri qaba töküb kakao əlavə edirik.

Ayrı bir qabda yumurta, şəkər tozu və vanili mikserlə yaxşıca qarışdırırıq. Yağlı-kakaolu qarışığı yumurtalı qarışığa əlavə edib mikserlə çalırıq. Bu qarışığa un və qabartma tozunu da əlavə edib qarışıdırırıq.

Onu 190C-dək qızdırılmış sobada 30-35 dərəcdə bişiririk. Sobadan çıxarıb soyumasını gözləyirik. Soyuduqdan sonra keksi çıxarıb üzərinə şəkər kirşanı ələyirik. Bu qədər. Nuş olsun!

Top