Şokoladlı tort

Şokoladlı tort

Tərkibi:
2 ədəd ürək şəkilli hazır şokoladlı mayalı qabarıq xəmir.
4 ədəd banan

Bəzəmək üçün:
1 qutu şokolad
2 ədəd banan

Kremi üçün: 
2 paket şokoladlı krem şanti
2 stəkan soyuq süd 

Hazırlanması:
Xəmirin birini yağlı soba kağızının üzərinə  yerləşdirin. 2 qutu krem şantini bir qabın içində 2 stəkan soyuq süd ilə 5 dəqiqə çırparaq hazırlayın və sərtləşməsi üçün soyuducuda 10 dəqiqə saxlayın.

Bananları incə-incə dilimləyin. Hazırlamış olduğunuz krem şantinin yarısını xəmirin üzərinə yayın. Dilimlədiyiniz bananları yerləşdirin. Şokoladın bir qismini səpin. Bananların üzərinə bir qat daha krem şanti tökün və qalan ikinci xəmiri üzərinə qoyub şokoladlı krem şantinin qalanını üzərinə tökün. Üstünü istədiyiniz kimi bəzəyə bilərsiniz.

180 dərəcədə bişirin.

Top