ABŞ prezidentlərinin xəstəlikləri

ABŞ prezidentlərinin xəstəlikləri

Rusiyanın sabiq Prezidenti Boris Yeltsinin Təhlükəsizlik Xidmətinin başçısı Aleksandr Korjakov özünün “Şəfəqdən qürubadək” adlı kitabına ön sözündə yazırdı ki, bir çox vətəndaşlar rəhbərlərinin, əslində, necə adamlar olduqlarını bilsəydilər, dəhşətə gələrdilər. Hakimiyyətdə olanlar da başqaları kimidir və insana xas olan xüsusiyyətlərin heç biri, o cümlədən həm fiziki, həm də mənəvi zəiflik onlara yad deyildir.

“Health in Plain English” saytı kitab və şəbəkə mənbələrinə istinadla ABŞ prezidentlərinin xəstəliklərinin və onların aldıqları xəsarətlərin siyahısını tərtib etmişdir. Sayt dəqiq olmayan informasiyanı sual işarəsi ilə vermişdir.

Corc Vaşinqton — malyariya, çiçək, vərəm, dizenteriya (bağırsaq infeksiyası), çibanlar, dişlərin tökülməsi, dazlaşma, qocalıq uzaqgörməsi, sonsuzluq, irinli tonzillit, sətəlcəm, epiqlottit (qırtlaq qapağının iltihabı).

Con Adams – dazlaşma, ruhi sarsıntı, çibanlar, qıcqırma, koma vəziyyəti, Bazedov xəstəliyi (?), porfiriya (irsi xəstəlik) (?), revmatizm (yel), maniakal-sarsıntı sindromu (?).

Tomas Cefferson – klaster baş ağrıları, sınıqlar, dizenteriya, ruhi sarsıntı, revmatizm, qəbizlik, çibanlar, dazlaşma, prostat vəzinin böyüməsi, Asperger sindromu (?).

Ceyms Medison – donma, zəif immunitet, ipoxondriya (xəstələnməkdən qorxma nəticəsində baş verən ruh düşkünlüyü (?), xolesistit (öd kisəsinin iltihabı), artrit (oynaq xəstəliyi), ürək çatışmazlığı durğunluğu.

Ceyms Monro – malyariya, güllə yarası, tutma (iflic (?), ürək çatışmazlığı, vərəm.

Con Kuinsi Adams – dazlaşma, hemorragik insult.

Endrü Cekson – şişuclu silah yarası, çiçək, ruhi sarsıntı, güllə yarası, malyariya, dizenteriya (qanlı ishal), tez-tez başağrıları, vərəm, ödem, ürək çatışmazlığı.

Martin Van Büren – tez-tez soyuqdəymə, həzm prosesinin pozulması, podaqra, astma (təngnəfəslik), ürək çatışmazlığı.

Uilyam Henri Qarrison – xora (?), sarsıntı, soyuqdəymə, sətəlcəm, plevrit (plevranın iltihabı), sarılıq, sepsis (qanın yoluxması).

Con Tayler – iflic, dizenteriya, soyuqdəymə, biliar qızdırması (?), artrit, bronxit, insult.

Ceyms Noks Polk – böyrəklərdə daşlar, sonsuzluq, vəba, ishal.

Zakari Teylor – sarı qızdırma, malyariya, dizenteriya, ikiqat görmə, yaxındangörmə, günvurması, biliar qızdırma, vəba (?), yaxud həzm prosesinin kəskin pozulması, arsenlə zəhərlənmə (?).

Millard Fillmor – iflic və insult.

Fraklin Pirs – atdan yıxılma, ruhi sarsıntı, alkoholizm, vərəm, qaraciyər sirrozu.

Ceyms Byukenen – gözlərin qıc olması, alkoholizm, podaqra, nəfəs çatışmazlığı.

Abraham Linkoln – rəng korluğu, çəplik, qocalara xas uzaqgörmə, kontuziya, çənənin sınması, malyariya, ruhi sarsıntı, Marfan sindromu (?), skarlatina (?), diş qorxusu, diş ağrısı, çiçək, dazlaşma, ölümcül güllə yarası.

Endrü Conson – qarın yatalağı, alkoholizm (?), insult.

Uliss S.Qrant – alkoholizm (?), boğaz xərçəngi (badamcıq vəzlərinin və dilin karsinoması).

Razerford B.Heys- dermatit, ürəktutma (miokard infarktı).

Ceyms Harfild – malyariya, soyuqdəymə, mədə pozğunluğu, anusda çat, güllə yarası, infarkt, yaxud aortanın anevrizmi (?), qanın zəhərlənməsi, sətəlcəm.

Çester Artur – həzm prosesinin pozulması, öd kisəsi daşları (?), Brayt xəstəliyi, malyariya (?), hipertoniya, ürək çatışmazlığı, qansızma insultu.

Qrover Klivlend – piylənmə, ayaqda yırtıq yarası, qarın yatalağı, çənə (damaq) xərçəngi, karlıq, nefrit (böyrəklərin iltihabı), podaqra, infarkt.

Bencamin Harrison – qida zəhərlənməsi, skarlatina, kontakt dermatiti, sinir pozğunluğu, soyuqdəymə, sətəlcəm.

Uilyam Makkinli — pankreatik nekroz (toxumanın ölümü), qanın zəhərlənməsi, ölümcül güllə yarası.

Teodor Ruzvelt – yaxındangörmə, astma, hiperfəallıq, güllə yarası, piylənmə, tor qişanın laylanması, bir gözün korluğu, boğaz infeksiyası, bud absesi, orta qulağın infeksiyası, bir qulağın kar olması, revmatoid artrit, tac damarların emboliyası (qan damarlarının embolla tutulması).

Uilyam Taft – arabanın qəzaya uğraması nəticəsində qafasının sınması və baş zədəsi, Günəş yanığı, qarın yatalağı, ciddi piylənmə, denge qızdırması, perineal abses, dizenteriya, qida ilə zəhərlənmə, qıcqırma, yuxuda tənəffüs hərəkətlərinin dayanması (apnoe), dəniz xəstəliyi, qəbizlik, başağrısı, podaqra, soyuqdəymə, göz zədəsi, konyuktivit, bel ağrısı, hipertoniya, bilək vətər sindromu (?), həzm prosesinin pozulması, qulaqcıqların fibrologiyası, revmatoid artrit, xroniki sistit, ateroskleroz (damarların sklerozlaşması), miokardit ürək çatışmazlığı (ürək əzələsinin iltihabı).

Vudro Vilson – disleksiya (?), gözlərin qıc olması, ateroskleroz, başağrısı, soyuqdəymə, hipertoniya, çoxsaylı insult.

Uorren Qardinq – sinir pozğunluğu, parotit (qulaqaltı vəzinin iltihabı), burun allergiyası, zəif afaziya (nitqin pozulması), dermatit, sonsuzluq (?), hipertoniya, diabet, ürək qüsuru, piylənmə, insult, pnevmoniya, qrip (?), qida zəhərlənməsi (?), infarkt.

Kelvin Kulic – ruhi sarsıntı, ürək çatışmazlığı.

Herbert Huver – inağ, qızılca, parotit, difteriya, suçiçəyi, barmağın balta ilə zədələnməsi, ayaqda yanıq, öd kisəsi xəstəliyi, kəmərləyici dəmrov, mədə xərçəngi, karlıq, demək olar, tam korluq, pnevmoniya, ölümcül mədə-bağırsaq qanaxması.

Franklin Ruzvelt – poliomielit, hipertoniya, babasil, anemiya (qanazlığı), melanoma (piqment toxumasından ibarət bədxassəli törəmə (?), anoreksiya (iştahasızlıq), çəkinin itirilməsi, həzm prosesinin pozulması, piy vəzisinin şişməsi, ateroskleroz, kardiomiopatiya (miokardın birinci zədələnməsi ilə gedən xəstəliklər), angina, xolesistit, hemorragik iflic.

Harri Trumen – uzaqgörmə, difterit, başağrısı, başgicəllənməsi, yuxusuzluq, atdan yıxılmaq nəticəsində alınan xəsarət, angina, astma, qrip, öd kisəsi xəstəliyi, dərmanlara qarşı allergiya, yırtıq, qabırğaların sınması, ağciyər tıxanması, ürək çatışmazlığı.

Duayt Eyzenhauer – appendisit, seborreyalı keratoz (buynuzlaşma), artrit, Kron xəstəliyi, qorxu, ruh düşkünlüyü, bağırsaq keçilməzliyi, insult, xolesistit, prostat vəzinin hipertrofiyası, ürək qüsuru, çoxsaylı infarkt.

Con Fitscerald Kennedi – skarlatina, qızılca, diz zədəsi, bronxit, sarılıq, məxmərək, göyöskürək, yoğun bağırsağın iltihabı, osteoporoz (sümüyün seyrəkləşməsi), qocalıq uzaqgörməsi, difteriya (?), cinsi yolla keçən prostat vəzi iltihabı və sidik yollarının infeksiyası (?), bel ağrıları, malyariya (?), Addison xəstəliyi, ölümcül güllə yarası.

Lindon Conson – angina, öd kisəsi xəstəliyi, ürək qüsuru, çoxsaylı infarkt.

Riçard Nikson — flebit (venaların iltihabı), sinirli kirpikçalma, insult.

Cerald Ford – aktinomikoz (şüalı göbələklərlə zəhərlənmə, dil absesi ilə), sətəlcəm, insult.

Cimmi Karter – ağır xronik babasil.

Ronald Reyqan – yaxıngörmə, sətəlcəm, omba sümüyünün sınması, sidik yollarının infeksiyası, prostat vəzində daşlar, ciddi soyuqdəymə, gicgah-aşağıçənə oynağı xəstəliyi, artrit, ot qızdırması, güllə yarası, ağciyərin fəaliyyətinin pozulması, eşitmə qabiliyyətinin itirilməsi, polip və çənbər bağırsağın xərçəngi, bazal-hüceyrəli karsinoma, prostat vəzinin xoşxassəli hiperplaziyası, qastroenterit (mədənin və nazik bağırsaqların selikli qişasının iltihabı), epidural (sərt qişaüstü) qanaxma, Altsheymer xəstəliyi, omba sümüyünün sınması, sətəlcəm.

Corc (ata) Buş – stafilokokk infeksiyası, qanayan xoralar, artrit, selikli kista, piy vəzisinin kistası, qlaukoma (gözdaxili təzyiqin artması), itdirsəyi, Bazedov xəstəliyi, ruhi düşkünlük, qusma və bayğınlıq, aktinik keratoz.

Bill Klinton – mədə-qida borusu reflyuksu, anorektal qanaxma, diz zədəsi, allergiya, diz vətərinin parçalanması, piy vəzisinin kistası, bazal-hüceyrəli karsinoma, çəhrayı çivzələr, angina, ateroskleroz, tac damarın xəstəliyi, ifrat seksuallıq (?).
Top