Vanilli sufle

Vanilli sufle

Tərkibi:
12 yumurta
240 ml süd
240 q şəkər tozu
50 q un
15 q kərə yağı
vanil
1 x.q. şəkər pudrası
900 q qaymaq və ya süd

Hazırlanması:
Yumurtanın ağını sarısından ayırın. Ağını xeyli soyudun və qatı köpük əmələ gələnə qədər çalın.

Sarısını şəkər tozuyla çalın, un, isti suda həll olunmuş vanil, isti süd əlavə edərək qarışdıra-qarışdıra vam odda qatılaşana qədər bişirin.

Bu qarışığı isti-isti nazik axınla çalınmış yumurta ağına əlavə edin, eyni zamanda yumurta ağını çalmaqdan əlinizi saxlamayın.

Əvvəlcədən yağladığınız sufle üçün qablara töküb 12-15 dəqiqə 220 dərəcədə sobada bişirin (suflenin həcmi 2-2,5 dəfə artacaq). 

Sobadan çıxaran kimi üzərinə şəkər pudrası səpib süfrəyə verin (gecikdirsəniz, sufle yaprıxar). Ayrıca fincanda süd və ya qaymaq verin.
Top