Kartoflu piroq

Kartoflu piroq

Tərkibi:
Kartof — 5-6 ədəd
Yumurta — 3 ədəd
Yağ — 0,5 stəkan
Qatıq — 0,5 stəkan
Un — 1stəkan
Qabartma tozu
 Duz 
Qırmızı və qara istiot
Ağ pendir 
Keşniş, şüyüd
Küncüt

Hazırlanması:
Kartofların qabığını soyduqdan sonra bıçaqla incə doğrayırıq.
Üzərinə qatıq, yumurta, un istiot və duzu əlavə edib qarışdırırıq. Sonra üzərinə ovulmuş ağ pendir, şüyüd, keşniş əlavə edib yenidən qarışdırırq. 
Sonra isə qarışımı əvvəlcədən yağlanmış şüşə soba qabına tökürük. İstəyə görə piroqun üzərinə küncüt də əlavə edə bilərsiniz.
Sobada 180 dərəcədə bişiririk. 
Nuş olsun!
Top