Ərzaqlar:
2 ədəd banan
1/2 st süd
1/2 st şəkər tozu
1 ədəd yumurta
1 st un
Qızartmaq üçün zeytun yağı
Hazırlanması:
Bütün ərzaqları mikserlə ya da blender ilə qarışdırırıq. Əvvəlcə bananı əzirik.
Sonra südü, yumurtanı və şəkər tozunu əlavə edib qarışdırırıq.
Unu əlavə edib qarışdırdıqdan sonra qarışığı qaba tökürük.
Tavada yağı qızdırıb xəmirdən 1 x.q dolu götürüb aralı-aralı tökürük.
Bilinçiklərin hər iki üzünü qızardırıq.
Nuş olsun!