İnqridientlər:
Biskvit üçün:
Yumurta — 8 ədəd
Un — 320 q.
Şəkər tozu — 320 q.
Qabartma tozu – 1 paket
Vanil — 1 paket
Duz – bir çimdik
Kakao — 1 xörək qaşığı
Krem üçün:
Kərə yağı — 400 q.
Qatılaşdırılmış süd — 550 q.
Vanil — 1 paket
Sirop üçün:
Su — 150 q.
Şəkər tozu — 80 q.
Hazırlanması:
Yumurtaları sındırıb, şəkərlə köpük halına gələnə kimi mikserdə qarışdırmaq, sonra kakao əlavə olunmuş unu yavaş-yavaş əlavə etmək lazımdır. Vanili, duzu və qabartma tozunu səpib, yenidən qarışdırın. Biskviti diametri 26 sm. olan qaba töküb, 180°- 190° C temperaturda, 15-20 dəqiqə ərzində bişirin.
Krem:
Yumşaldılmış yağa tədricən qatılaşdırılmış süd və vanili əlavə edib, ağarana kimi çalmaq lazımdır. Siropu əvvəlcə qaynadıb, soyutmaq lazımdır. Sonra 2 çay qaşığı albalı şirəsi əlavə edilməlidir. Soyumuş biskvit xəmirini 3 hissəyə bölün. Bir hissəni şəkər siropuyla isladıb, albalı cemindən 3 çay qaşığı sürtdükdən sonra krem çəkin. Biskvitin ikinci hissəsini siropla isladıb, krem çəkib, üstünə çəyirdəyi çıxarılmış təzə albalıları (200 qrüü.) düzün. 3-cü hissəni də qoyub, siropla isladın və krem çəkin. Tortun kənarlarını da kremlə örtərək, ora sürtgəcdən keçirilmiş şokolad və peçenye qırıntıları səpmək lazımdır. Tortun üstündə kremdən “səki” düzəldib, təzə albalılarla bəzəmək olar.
Hazır tort 2-3 saat soyuducuda qalmalıdır.