Fanta nədən hazırlanır? Yəqin ki çoxlarımız sağlamlığımızı qorumaq üçün fanta və onunla eyni sinifə aid olan kimyəvi tərkibli içkiləri almaqdan çəkinirik. Lakin sizə təqdim etdiyimiz bu reseptdə ziyanlı əlavələrdən, rəngləndiricilərdən və.s istifadə olunmur.
Fanta tərkibi:
Portağal (böyük) – 4 ədəd
Limon – 1 ədəd
Su – 700 ml
Qazlı su – 500 ml
Şəkər – 150 qram yaxud zövqə görə
Hazırlanması:
Meyvə ilıq suda yaxşı yuyulur, təmizlənir. Bıçaqla qabıqları soyulduqdan sonra meyvənin şirəsi sıxılır. Sıxılmış meyvə şirəsi və qabıqları qazana əlavə edilir. Şəkər və 700 ml qaynar su töküldükdən sonra 1-2 dəqiqə ərzində qaynadılır. Daha sonra alınmış qarışım 4-5 dəqiqə soyuducuda soyudulur. Sonda süzülən qarışım qazlı su əlavə edilməklə süfrəyə verilir. Təbbi və faydalı!
Mənbə: www.leziz.ru