Ən dadlı qəhvənin hazırlaması

Ən dadlı qəhvənin hazırlaması

2 fincan qəhvə üçün lazım olan inqrediyentlər:
hazır qəhvə – 200 ml.
süd – 250 ml.
şəkər – 3 x.q.
qaymaq – 2 x.q.

Hazırlıq prosesi:
Südü şəkərlə qaynadın, sonra odun üstündən götürün, üzərinə qaymaq əlavə edib yaxşıca qarışdırın. Südün üzərinə qabaqcadan hazırlanmış tünd qaynar qəhvə əlavə edin və hamısını qarışdırdıqdan sonra fincanlara süzün.

Albalılı qəhvə
2 fincan qəhvə üçün lazım olan inqrediyentlər:
hazır qəhvə – 200 ml.
albalı şirəsi – 2 x.q.
şokolad siropu – 3-4 x.q.
şirnili qaymaq – 50 ml.,
sürtkəcdən keçirilmiş şokolad – 1 x.q.
şəkərləndirilmiş albalılar – bəzək üçün.

Hazırlıq prosesi:
Qabaqcadan hazırlanmış qəhvəni albalı şirəsi və şokolad siropu ilə qarışdırın. Qəhvəni fincanlara süzün, üzərinə sürtkəcdən keçirilmiş şokolad səpin və albalılarla bəzəyin. Əgər qəhvəni ağ şokolad ilə bəzəsəniz, bu zaman o daha zərif dad alacaq.

Darçınlı qəhvə
2 fincan qəhvə üçün lazım olan inqrediyentlər:
su – 200 ml.,
həll edilə bilən qəhvə – 1 ç.q,
üyüdülmüş darçın – 1/2 ç.q.
qara istiot – 4 ədəd,
mixək – 4 ədəd,
şəkər – zövqə görə.

Hazırlıq prosesi:
Mixəyi və istiotu 10 dəqiqə suda qaynadın, sonra qazı söndürüb 3 dəqiqə gözləyin. Hər fincana çay qaşığının yarısı qədər həll edilən qəhvə, zövqünüzə görə şəkər qoyun və üzərinə hazırlanmış həlimi əlavə edin. Sonda hər fincanın üzərinə darçın səpin.

Vyana qəhvəsi
Tünd qəhvə hazırlayıb fincanlara süzün. Sonra qəhvənin üzərinə 1 çay qaşığı mikser ilə çalınmış qaymaq əlavə edin. Bu qəhvə fincanını üzərinə ağ şokolad səpilmiş dondurma ilə bəzəmək olar. Həmçinin istəkdən asılı olaraq qaymağa bir az şəkər tozu və bir çimdik vanil və ya şokolad qırıntıları əlavə etmək olar.

Şokoladlı qəhvə
Qəhvə fincanının dibinə 2-3 dilim südlü, qara və ya ağ şokolad qoyun (və ya hər növ şokoladdan bir dilim) və üzərinə qaynar qəhvə süzün. Yaxşıca qarışdırıb üzərini ağ şokolad qırıntıları ilə bəzəyin. Şokoladın əvəzinə siz qatılaşdırılmış süddən də istifadə edə bilərsiniz, bu da həmçinin çox dadlı alınacaq.
Top