Əsl pizza nazik xəmirli pizzadır, necə deyərlər, əsl İtalyan pizzası kimi. Pizzanın xəmiri yaxşı deyilsə, üzərinə nə qoyursan qoy, pizzanın dadı istədiyin kimi olmur ki, olmur. Xəmirin orijinal resepti Peter Reinhartin “The Bread Baker’s Apprentice” kitabından götürülmüşdür.
Bu xəmirdən 6 pizza kündəsi (diametri 23-30 sm) əldə edə bilərsiniz. Bir az qalın pizza istəyirsinizsə, xəmiri 5 kündəyə bölün.
Ərzaqlar:
1. Bir qabda unu, duzu və toz mayanı qarışdırın.
2. Üzərinə zeytun yağı, şəkər tozu və soyuq suyu əlavə edin. Ya iri taxta qaşıqla, ya da ki, mikserlə bir qədər yapışqan xəmir əldə edənə kimi qarışdırın. Sonra xəmiri təmiz taxta və ya masanın üzərinə qoyub 5-7 dəqiqə əlinizlə yoğurun. Alınan xəmir çox bərk olmamalı və ələ xoş gəlməlidir. Əgər xəmir çox suludursa, onda ona azacıq un əlavə edin və yenə yoğurun. Yox əgər xəmir çox bərkdirsə, onda ona 1-2 çay qaşığı soyuq su əlavə edin və bir az da yoğurun. Hazır xəmir elastik olmalı və bir qədər ələ yapışmalıdır.
3. Xəmiri 6 eyni kündəyə ayırın. Hər kündəni bir az unlayıb yumrulayın. Kündələri hər tərəfinə bir az zeytun yağı sürtün və ayrı-ayrı selofana (yeyinti üçün nəzərdə tutulan, ingiliscə buna plastic wrap deyilir) bükün. Kündələri bir gecəlik soyuducuya qoyun. Bu xəmir soyuducuda 3 gün ərzində qala bilər.
QEYD: Əgər xəmirin hamısını bir gündə istifadə etmək istəmirsinizsə, onda hər tərəfi yağlanmış kündələri selofana büküb dondurucuya qoyun. Burada xəmir 3 ay müddətində qala bilər. Pizzanı bişirməzdən biz gün əvvəl kündəni buzluqdan soyuducuya keçirin ki, donu açılsın.
İKİNCİ GÜN
4. Pizzanı bişirməyinizdən düz 2 saat əvvəl kündələri soyuducudan çıxardın. Taxta və ya masanı bir az unlayın. Əllərinizi xəfifcə unlayın və kündələrin üstünə basaraq onları yastıladın (qalınlığı 1.3 sm, diametri isə 12.7 sm olmalıdır). Kündələri bir az yağlayın və üzərlərini selofanla örtüb 2 saat müddətinə kənara qoyun.
5. İki saatdan sonra sobanı 260˚C-dək qızdırın.
6. Soba listini tərs çevirin və üstünə təxminən 2 xörək qaşığı un səpin. Kündəni yumruqlarınızın üzərinə yerləşdirib, xəmiri əks istiqamətlərə dartın ki, genişlənsin. Əsl pizza ustaları xəmiri havaya atıb sonra isə yumruqlarıyla tutub dartırlar ki, xəmir genişlənsin. Əgər “yumruqlu” metod sizə çətin görünürsə, onda xəmiri oxlov vasitəsilə açın. Hazır xəmirin diametri 23-30 sm olmalıdır. Açılmış xəmiri çevrilmiş listin üstünə qoyun.
7. İndi isə xəmirin uzərinə istədiyiniz ərzaqdan qoyun, bir şərtlə ki, doldurmayasınız. Çünki bu pizzanın xəmiri çox incədir, ağırlığa tab gətirməyə bilər.