Balqabaqlı zefir

Balqabaqlı zefir

Tərkibi:
400 q. dondurulmuş balqabaq

1 yumurta ağı 

600 q. şəkər tozu
 
9 q. aqar-aqar 

150 ml. su 

Hazırlanması:
Dondurulmuş xırda-xırda doğranılan balqabağı qazana tökün. Balqabaq əriyənə kimi qarışdırırıq. 

Bişən balqabağı tənzifdən keçirib püre halına salın. Üzərinə 200 qram şəkər əlavə edib əriyənə kimi sobada bişirilir. 


Başqa bir qazanda su və aqar-aqarı həll edirik və 400 q. şəkər əlavə edilir. Şərbət qaynayana kimi sobada qalır. 5-7 dəqiqə qaynadılır. 

Mikserlə balqabaq püresi və yumurta ağını çalırıq. Köpük halına düşənə kimi çalırıq. 

Soyuyan şərbəti də yavaş-yavaş qarışıma əlavə edirik. Quru köpük halına düşənə kimi çalırıq. 


Əldə edilən qarışımı kulinar torbası ilə sobanın listinə gül formasında tökülür. 


Zefiri hazır vəziyyətdə bir gün saxlamaq məsələhətdir. 
Top