Tərkibindəkilər:
Xəmiri üçün:
3 xörək qaşığı kərə yağı
2 ədəd yumurta
1 stəkan şəkər pudrası
1 stəkan süd
1 paket maya
4-5 stəkan un
Kremi üçün:
2.5 stəkan süd
4 xörək qaşığı şəkər tozu
3 xörək qaşıq dolusu un
1 paket vanil
Arası üçün:
2 ədəd banan
Üzəri üçün:
1 stəkan şəkər pudrası
Hazırlanması:
Xəmir üçün bütün ləvazimatları qarışdırıb yumşaq xəmir hazırlayın. Böyüklüyü iki qatına çıxana qədər xəmirin gəlməsini gözləyin. Xəmir özünə gəldikdən sonra 9 hissəyə ayırıb yuvarlaq hala gətirin və soba qabına yerləşdirin. 15 dəqiqə özünə gəlməsini gözlədikdən sonra 180 dərəcədə isinmiş sobada üzəri azca qızarana kimi bişirin. Bişən tort kekslərini 2 saat kənarda saxlayın.
Krem üçün lazım olan vəsaitləri zəif odda bişirin. Qatı tərkibli olsa, narahat olmayın, bu, daha yaxşıdır. Bişən kremi 9 hissəyə bölüb ayrı-ayrılıqda soyumağa qoyun. Krem soyuduqdan sonra yuvarlayıb bir yerə qoyun. Keksləri ortadan bölün, kremi və banan dilimlərini arasına yerləşdirin. Üzərindən basıb bananın kremə qarışmasına çalışın. Üzərinə şəkər pudrası səpib süfrəyə verin.
Qeyd: Bu tortu bir gün əvvəldən hazırlayıb ertəsi gün süfrəyə versəniz, qonaqların daha xoşuna gələcək, ancaq şəkər pudrasını süfrəyə verəndə səpin.
Nuş olsun!