Qırmızı bibər turşusu

Qırmızı bibər turşusu

Tərkibi:
2 kq. qırmızı bibər
1 baş sarımsaq
1 su stəkanı sirkə
1 çay stəkanı limon suyu
1 çay stəkanı duru yağ
Kifayət qədər turşu duzu
1 çay qaşığı limon duzu

Hazırlanması:
Qırmızı bibərləri yuyub qurulayın.
Yağlı kağız sərilmiş soba nimçəsinə qırmızı bibərləri düzün.
Sobada qabıqları yumuşalana qədər saxlayaq.
Sobadan aldığımız bibərləri soyub, ortadan ikiyə bölüb toxumlarını təmizləyin.
Sarımsaqları əzin, sirkə, yağ, limon suyu, duz, və limon duzunu bir qaba alıb yaxşıca qarışdıraq.
Çuxur bir qaba əgər qışlıq edirsinizsə şüşə qaba 1 qat qırmızı bibər üzərini örtəcək qədər hazırlanan sirkəli qarışığı tökərək vəsait bitənə qədər qat-qat eyni əməliyyatı aparaq.
Qışlıq olan qabın üzərinə duru yağ töküb ağzını möhkəmcə bağlayaq.
1 həftə sonra açıb yeyə bilərsiniz! Nuş olsun!
Top