Çuğundur salatı

Çuğundur salatı

Çuğundur vitamin baxımından olduqca zəngindir. Vitamin C, potasium, lif və nitrik asitlə zəngin olduğundan tez-tez yeyilməsi lazımdır. Xüsusən qaraciyərə çox faydalıdır, xolesterolu aşağı salır. Salatı isə çox daha ləzzətli olur.

Tərkibi:
5 ədəd orta boy çuğundur

2 qəhvə fincanı sirkə

1 çay qaşığı duz

 5 diş sarımsaq

1 çay qaşığı şəkər tozu

Hazırlanması:
Çuğundurları soyub kənara qoyun. Sirkə, şəkər tozu və duzu əlavə etdiyiniz bol suda yaxşıca qaynadın.

Sudan çıxarıb soyumadan dilimləyin. Soyuyunca suyundan bir miqdar götürün. 1 fincan sirkəyə 5 sarımsağı əzərək qarışdırın və salatı içinə əlavə edərək süfrəyə təqdim edin. Salatımız hazırdır.

Nuş olsun!

Top