İnqrediyentlər:
Qarpız – qabığı ilə birlikdə təxminən 3 kq,
Jelatin – 20 q,
1/2 stəkan şəkər,
1/4 stəkan limon şirəsi,
Bitki yağı.
Hazırlanması:
Qarpızı yarı bölün, qabığını zədələmədən meyvə ətini çıxardıb blenderdə püre halına qədər əzin, sonra süzün.
Kiçik kasada 1 stəkan qarpız şirəsini jelatinlə qarışdırıb 3 dəqiqə ərzində saxlayın.
Qalan qarpız şirəsinə şəkər əlavə edib orta atəşdə kiçik qazanda şəkər tam həll olunana qədər qızdırın. Sonra bu qarışığa qabaqcadan hazırlanmış jelatin və limon şirəsini əlavə edib odun üzərindən götürün.
Qarpızın digər yarısının içini təmizləyin və alınmış “kasacığa” qarpız jelesini töküb soyuducuya qoyun. Jele tam soyuduqdan sonra onu ayrı-ayrı tikələrə bölüb süfrəyə verin.