Dadlı leço hazırlamaq üçün 5 sirr
- Leçonun hazırlanması üçün yalnız yetişmiş və keyfiyyətli pomidorları götürün.
- Leçonu çox uzun müddət bişirmək lazım deyil. Onun tərkibindəki bibər bir az sərt qalmalıdır.
- Leço hazırlayarkən unutmayın ki, pomidorlar və bolqar bibəri ilə cəfəri, reyhan və kəklikotu uyğun gəlir. Həm də hamısından yaxşı qurudulmuş göyərtilərdən istifadə etməkdir.
- Pomidorlar nə qədər ətli olarsa, leço o qədər daha dadlı alınacaq.
- Orijinal macar leçosunun tərkibinə 3 məhsul – pomidor, bolqar bibəri və soğan daxildir.
Tərkibi:
- Yetişmiş pomidor – 4 kq,
- Bolqar bibəri – 4 kq,
- Şəkər – 1 stəkan,
- Duz – 2 x.q.
Hazırlıq prosesi:
Pomidorları yuyun, dəsmalla qurudun, tikələrə doğrayıb ətçəkən maşından keçirin. Alınmış qarışığı minalanmış qazana tökün və bişməyə qoyun, qaynadın, odu minimuma qədər azaldın və 15 dəqiqə ərzində bişirin.
Bolqar bibərini bəndəmlərdən və toxumlardan təmizləyin, yuyun, həmçinin dəsmal ilə qurudub orta ölçülü zolaqlara doğrayın. Bibərləri bişmiş tomat kütləsinə əlavə edin, duz və şəkəri qatın orta odda qaynadın. Sonra odu azaldın və vaxtaşırı qarışdıraraq leçonu 30-35 dəqiqə ərzində bişirin.
Hazır isti leçonu qabaqcadan hazırlanmış sterilizə edilmiş bankalara yığın. Bankaların ağzını burulub bərkidilə bilən qapaqlarla bağlayın və ya maşınla yumaladın, sonra onları üzü üstə çevirib, dəsmal ilə örtün və soyumağa qoyun. Hazır leço bankalarını soyuducuda saxlayın.
P.S: Bu resept üzrə hazırlanmış leço 1,5-2 ilə qədər əla saxlanılır.