Yetişmiş banan ev dondurmasının hazırlanması üçün universal məhsul sayılır. Dondurmanın hazırlanması üçün qaymaq və ya süd deyil, yetişmiş meyvələr, giləmeyvələr və blender lazım olacaq.
İnqredientlər:
Şirin yetişmiş banan – 4 ədəd (dondurulmuş və doğranmış halda)
2 ç.q. kokos yağı
1 x.q. bal
2 iri nektarin və ya şaftalı
Vanil
Bir çimdik duz
Moruq cemi üçün lazım olacaq:
150 q. moruq,
1 x.q. bal.
Hazırlıq prosesi:
Bananları təmizləyin və doğrayıb soyuducuya qoyun.
Blenderdə moruğu və balı qarışdıraraq hazır cemi stəkana tökün.
Bananları soyuducudan çıxardıb, iki dəqiqə otaq temperaturunda saxlayın, sonra isə blenderdə xırdalayın.
Blender bananı dondurma halına saldıqdan sonra ora kokos yağı, bal, vanil və duz əlavə edib yenidən qarışdırın. Dondurmaya şaftalı dilimləri əlavə edib, azca qarışdırın ki, dondurmanın içində meyvə tikələri qalsın. Dondurmanın üzərinə moruq cemi əlavə edib dərhal süfrəyə verin.
Nuş olsun!