Yer üzündəki müəmmalarin ən böyüklərindən biri Nazka şəkilləridir. Perudakı Nazka duzənliyində 65 kvadrat kilometr ərazidə yayılmış böyük cizgilər, şəkillər var. Üçbucaqlar düz xətlər, kəsişən xətlər və heyvan şəkilləri təxminən e.ə 400-900 –cü illər arasında daşların yerlərindən sökülməsiylə düzəldilmişdir. Ümumiyyətlə bu cizgilərə “İnka” yolları adı verilib, amma bu fikir yalnışdır, çünki bu yollar heç bir yerə aparmır.
1939-cu ildə bir təyyarədən kəşf edildikdən sonra bunların şəkil olması öz təsdiqini tapıb. Yerdən baxdıqda normal torpaqdan seçilməməsinə baxmayaraq, havadan baxıldıqda bu cizgilər bizlərə sanki nə isə göstərir. Qüsursuz dəqiqliklə çəkilən bu cizgilərin bəziləri, hətta kilometrlərlə dağlarla təpələrlə uzanır. Həndəsi şəkillərin qüsursuz dəqiqliklə çəkilən küncləri, bucaqları var. Nazka şəkillərinin həqiqi böyüklüyünü ancaq havadan baxanda görmək olar. Bu haqda ümumilikdə qəbul olunan nəzəriyyə Nazkanı araşdıran Maria Reicheyə məxsusdur. Bunlar böyük bir astroloji simvollardır. Həyatını cizgiləri araşdırmağa sərf edən Reiche bu insanların kosmosdan gələnlərdən məlumatlandırıldığına və bu şəkildə illər boyu o texnologiyadan faydalandığına inanır. Digər nəzəriyyələr də vardır. Erich Von Dariken bu cizgilərin yadplanetlilərin eniş sahələri olduğunu düşünür. Istər astroloji simvollar olsun istərsə də yadplanetlilərin eniş sahəsi bu cizgiləri görmək üçün uçmaq lazımdır. Bu şəkillər arasında çox detallı heyvan fiqurları vardır. Ən diqqəti cəlb edəni sipiralquyruqlu böyük bir meymun, 145 metr uzunluqda bir hörümçək, bir balina və çox böyük ölçülü quşlardır.diqqəti cəlb edən amillərdən biri isə şəkli cızılmış heyvanların məsələn meymunun o bölgədə yaşamamasıdır. Biraz da açıqlasaq meymun təxminən futbol meydançası böyüklüyündə quşlarsa 200 metr uzunluğundadırlar. Belə simvollar köhnə bir cəmiyyətin nəyinə lazım ola bilərdi ki? Və kimin üçün? Bəzi araşdırmaçılar bunları yuxudan xəbər verən, transa girəndə heyvanların ruhlarıyla əlaqə qurub ulduz tanrılarına səfər edən şamanların işi olduğunu düşünürlər.mənaları hər nədirsə bir sirr olaraq qalır. Simvollar qırmızı torpaq üzərində səmaya baxaraq sanki kimlərisə gözləyirlər. Nazca səhrasından bir videoçarxa baxın:
Hazırladı: Dilqəm Kərimov