Pizza italyan mətbəxinin ən məşhur yeməyidir, eləcə də dünyada milyonlarla insan tərəfindən sevilir. Aparılan sorğu nəticəsində 78 % sorğu iştirakçısı ən sevimli yeməkləri kimi pizzanı göstərmişdilər.
Pizzanın çeşidləri müxtəlifdir və bununla belə hər kəs ağız dadına uyğun pizza seçə bilər. Dünyada sutkaya 500 milyon pizza yeyilir. Sizə pizza haqqında maraqlı faktları təqdim edək :
— 1738-ci ildə, italyan Neapolunda dünyada ilk dəfə pizza mərkəzi açıldı. Adı Antika idi.
— Veqetariyan pizzasını qadınlar kişilərdən iki dəfə artıq sifariş edirlər.
— ABŞ da 1987-ci ildən bəri oktyabr ayını pizza ayı kimi qeyd edirlər.
— Statistikaya görə Amerikada hər saniyəyə 350 dilim pizza yeyilir.
— Amerikanın restoran biznesində ən çox gəlir pizza sahəsindən götürülür.
— Pizza Hut – Amerikada ən böyük pizza set mərkəzi hesab olunur.
— Statistikaya əsasəsən dünyada ən çox pizza sifarişi yeni il, Halloween kimi xüsusi günlərdə, eləcə də futbol çempionatları zamanı sifariş olunur.
— Pepperoni- pizzanın ən məşhur inqridiyentidir. Belə ki, hər 3 pizzadan biri pepperonidən hazırlanır, eləcə də 36% satış bu inqridyentli pizzanın payına düşür.
— 1990-cı ildə supermarketlərin birində dünyanın ən böyük pizzası hazırlandı, beləki pizzanın çəkisi 12 ton, diametri isə 37,4 metr idi. Hazırlanması üçün 4500 kiloqram un, 900 kiloqram sous, 1800 kiloqram pendir istifadə olunmuşdur.
Tərcümə etdi: Orucova İlahə